Əsas məzmuna keç

Paşinyan: Sərhədə səfər xəbərdarlığı bitsin

Paşinyan: Sərhədə səfər xəbərdarlığı bitsin

Baş nazir diplomatik nümayəndəliklərin Sünik bölgəsinə dair çağırışlarına etiraz etdi. Ararat Mirzoyana verilən tapşırıq və 2025-ci il təhlükəsizlik hesabatı mətndə.

en ru

Ermənistanda fəaliyyət göstərən səfirliklər öz vətəndaşlarını ölkənin sərhədyanı rayonlarına səfər etməməyə çağırmağa son qoymalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” yerli KİV-ə istinadən xəbər verir ki, bu tələbi hökumət iclasında Ermənistanın Baş naziri Nikol səsləndirib.

Baş nazirin sözlərinə görə, əvvəlki illərdə bəzi diplomatik nümayəndəliklər vətəndaşlarını sərhədyanı əraziləri, xüsusilə strateji əhəmiyyətli vilayətini ziyarət etməkdən çəkinmələri barədə mütəmadi xəbərdar edirdilər.

İclas zamanı naziri Mirzoyana birbaşa müraciət edən hökumət rəhbəri bildirib: "Cənab Mirzoyan, bu səfirliklərlə işləmək lazımdır ki, onlar bu cür xəbərdarlıqları davam etdirməsinlər".

N.Paşinyan vurğulayıb ki, beynəlxalq hesabatlarda cinayət səviyyəsi baxımından təhlükəsiz ölkə kimi xarakterizə olunur və 2025-ci il üzrə statistik məlumatlar da bu faktı təsdiqləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…