İraq HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini bütün bölgənin təhlükəsizliyini və sabitliyini təhdid edən beynəlxalq hüququn açıq şəkildə pozulması hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İraq höküməti məlumat yayıb.
"İraq Respublikası İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini qətiyyətlə pisləyir və bu təcavüzkar əməliyyatın beynəlxalq hüququn kobud şəkildə pozulması və bölgədəki təhlükəsizlik və sabitlik üçün təhlükə olduğunu təsdiqləyir".