İran konstitusiyasına əsasən, Ekspertlər Şurası ölkənin Ali rəhbərinin seçilməsi vəzifəsini öhdəsinə götürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumat İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) teleqram kanalında yayılıb.
"Hazırda hamımız yaslı və kədərliyik, müsibət də olduqca ağır və böyükdür, lakin İran xalqı bilsin ki, hüquq sistemi və konstitusiyasında bu barədə heç bir qeyri-müəyyənlik yoxdur və təfərrüatları ilə tədbirlər nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.
Xüsusi olaraq bildirilib ki, yeni rəhbərin seçilməsi birbaşa Ekspertlər Şurasının səlahiyyətindədir və bu proses konstitusiyanın 111-ci maddəsinə tam uyğun şəkildə aparılır.