Şri-Lanka sahillərində insident: İran gəmisi sualtı qayığın hücumuna məruz qalıb, ən azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Sky News" ölkənin hərbi-dəniz donanmasındakı mənbələrə istinadən məlumat yayıb.
Hücum edən sualtı qayığın kimə məxsus olduğu barədə hələlik məlumat yoxdur.
Bu gün səhər saatlarında Şri-Lankanın xarici işlər naziri Vicita Herath hərbçilərin batan gəmidən ən azı 30 nəfəri xilas etdiyini bildirmişdi.
***
Şri-Lanka hərbçiləri ölkənin ərazi sularında batan İran gəmisindən azı 30 nəfəri uğurla xilas ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM”-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şri-Lankanın xarici işlər naziri Vicita Herath rəsmi bəyanat yayıb.
Daha əvvəl Şri-Lanka Müdafiə Nazirliyi bəyan etmişdi ki, ölkənin Hərbi-Dəniz Qüvvələri (HDQ) gəmidən göndərilən təhlükə siqnalını qəbul etdikdən dərhal sonra xilasetmə əməliyyatına başlayıb.
Nazir əlavə təfərrüatlar açıqlamasa da, müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.
Yerli KİV-in məlumatına əsasən, gəmi ölkənin cənubundakı Qalle sahillərində qəza siqnalı göndərib və zərərçəkənlər artıq xəstəxanaya çatdırılıb.