İran parlamentinin sədr müavini Həmidrza Hacı-Babai ölkə qanunvericilərinin Hörmüz boğazından gəmilərin hərəkətinin tənzimlənməsinə dair planı nəzərdən keçirdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Hacı-Babai bu barədə çıxışında məlumat verib.
Onun sözlərinə görə, məsələ ilə bağlı parlament tərəfindən "güclü qətnamə" qəbul ediləcək. Lakin o, planın konkret müddəaları və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verməyib.
Sədr müavini bildirib ki, sözügedən təşəbbüs müxtəlif istiqamətləri əhatə edir və bir neçə ölçüyə malikdir.
Hacı-Babai həmçinin qeyd edib ki, Tehran ABŞ və İsrailə xəbərdarlıq edib. O bildirib ki, Livana hücumlar dayandırılmayacağı təqdirdə İran cavab tədbirləri görəcək və Bab əl-Məndəb boğazının bağlanması məsələsinə əl ata bilər.
İran rəsmisinin açıqlamaları regionda təhlükəsizlik və beynəlxalq dəniz ticarəti ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir.