Əsas məzmuna keç

İrandan təxliyə prosesi: Fransa Azərbaycana təşəkkür etdi

İrandan təxliyə prosesi: Fransa Azərbaycana təşəkkür etdi

Ceyhun Bayramovla danışan rəsmi Paris Bakının evakuasiya dəstəyinə görə minnətdarlıq edib. Yaxın Şərqdəki gərginlik fonunda Bakı-Paris dialoqunun yeni detalları.

en ru

Azərbaycanın naziri ilə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, telefon danışığı zamanı tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini və artan hərbi eskalasiyasını müzakirə ediblər.

Nazirlər bölgədə vəziyyətin daha da kəskinləşməsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını qeyd edib, diplomatik səylərin və dialoqun bərpa olunmasının vacibliyini vurğulayıblar.

Fransanın Avropa və xarici işlər naziri yaranmış mürəkkəb şəraitdə Fransa vətəndaşlarının İran İslam Respublikasından təxliyəsi prosesində tərəfindən göstərilən dəstəyə görə təşəkkür ifadə edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Tərəflər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. İki ölkə Prezidentinin Kopenhagen görüşü nəticəsində, qarşılıqlı maraq doğuran sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…