Əsas məzmuna keç

İrandan PUA ilə narkotik gətirənlər tutuldu

İrandan PUA ilə narkotik gətirənlər tutuldu

DSX-nin Lənkəranda keçirdiyi əməliyyatda 10 kq-dan çox qanunsuz maddəni dronla gətirən Natiq Mərdanov və Elşən Mahmudov tutulub. Hadisənin təfərrüatları burada.

en ru

Dövlət Xidməti, İrandan a pilotsuz uçuş aparatı (PUA) ilə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısının alındığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən PUA səsi eşidilib və daha sonra həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb.

Həyata keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – 1993-cü il təvəllüdlü Vahid oğlu və 1995-ci il təvəllüdlü Elşən Arif oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə əraziyə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…