Əsas məzmuna keç

İranda Qüds günü yürüşündə partlayış

İranda Qüds günü yürüşündə partlayış

Tehranda Fələstinlə həmrəylik aksiyası zamanı gərgin anlar yaşanıb. İsrailin təxliyə xəbərdarlığından dərhal sonra paytaxtda baş verən hadisənin şok detalları...

ru en

İranın paytaxtı Tehranda keçirilən ” günü yürüşü zamanı kütləvi etirazların mərkəzində baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı məlumatı "Haber Global" yayıb.

Həmin vaxt Tehran sakinləri şəhərin əsas küçələrində toplaşaraq İran bayraqları ilə Tehran Universiteti istiqamətində yürüş keçiriblər. Bildirilib ki, İsrail ordusu insanların etiraz aksiyası üçün toplandığı əraziyə təxliyə xəbərdarlığı edib. Açıqlamadan qısa müddət sonra isə İran dövlət mediası yürüşün keçirildiyi ərazidə partlayış baş verdiyini rəsmən açıqlayıb.

Xatırladaq ki, “Müqəddəs Qüds” günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir. Onun təşəbbüskarı İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyni olub. Tədbirin əsas hədəfi Fələstin xalqı ilə həmrəyliyi nümayiş etdirməkdir və bu gün 1979-cu il fevral inqilabından sonra hər il ənənəvi olaraq qeyd edilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…