Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelada baş verən güclü zəlzələlərlə bağlı paylaşım edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı rəsmi sosial media hesabları vasitəsilə yayımladığı mesajında təbii fəlakət nəticəsində həyatını itirənlərlə bağlı dərin kədər hissi keçirdiyini bildirib.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə sağalmağı arzulayıb.
Bildirilib ki, Türkiyə lideri ölkəsinin Venesuela ilə həmrəy olduğunu vurğulayaraq, Türkiyə dövləti və xalqının bu ağır günlərdə Venesuela hökuməti və xalqının yanında olduğunu qeyd edib.
Qeyd olunub ki, Venesuelada baş verən zəlzələlər nəticəsində ciddi dağıntılar qeydə alınıb, həmçinin insan tələfatı və yaralananların olduğu bildirilir.