Əsas məzmuna keç

İranda islahatçılar qlobal internetə bərabər çıxış tələb edir

İranda islahatçılar qlobal internetə bərabər çıxış tələb edir

İslahatçı Cəbhə bəyanatla kibertəhlükəsizlik bəhanəsilə qoyulan məhdudiyyətləri pislədi. Sosial-iqtisadi rifah üçün sərbəst giriş bərpa olunacaqmı? Ətraflı mətndə.

ru en

İranın İslahatçı Cəbhəsi ölkədə məhdudiyyətlərinin və qeyri-bərabər çıxış imkanlarının vətəndaşların gündəlik həyatına mənfi təsir göstərdiyini bildirərək internetə bərabər çıxışa çağırış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə çərşənbə günü yayılan bəyanatda qeyd olunub.

Məlumata görə, bəyanatda siyasətinin “geniş qapanmalardan” daha çox texniki, hədəflənmiş və peşəkar yanaşmalara keçməli olduğu vurğulanıb. Qrup eyni zamanda insanların sabit, pulsuz və təhlükəsiz internetə çıxışının dərhal edilməsinin vacibliyini bildirib.

Qeyd olunub ki, İslahatçı Cəbhə milyonlarla iranlının gəlir, təhsil, səhiyyə və ailə əlaqələri üçün internetdən asılı olduğunu xatırladaraq, bu sahədə yaranan fasilələrin və iqtisadi problemləri dərinləşdirdiyini vurğulayıb.

Bildirilib ki, bəyanatda qeyri-bərabər internet çıxışı, o cümlədən “səviyyəli internet xidmətləri” tənqid edilib və hakimiyyət orqanlarına qlobal şəbəkəyə çıxışı bütün vətəndaşlar üçün fundamental hüquq kimi tanımaq çağırışı edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…