Beynəlxalq monitorinq xidməti "NetBlocks" İranda internetə çıxışın uzunmüddətli şəkildə məhdudlaşdırıldığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təşkilatın məlumatına görə, ölkədə internet kəsintisi 60 gündən artıqdır davam edir.
Məlumatda qeyd olunub ki, “X üzərindən yayılan açıqlamaya əsasən internet kəsintisi artıq 61 gündür, yəni 1440 saatdan çoxdur davam edir”.
Bildirilib ki, bu vəziyyət qlobal monitorinq tarixində ən uzunmüddətli ümumölkəvi internet məhdudiyyətlərindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, İranda internet məhdudiyyətləri və fasilələr daha əvvəl də müxtəlif dövrlərdə təhlükəsizlik və daxili sabitlik səbəbləri ilə gündəmə gəlib.