İranda internet kəsintilərinin davam etməsi ilə bağlı yeni məlumat yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "NetBlocks" təşkilatı ölkədə internet məhdudiyyətlərinin artıq 63 günə çatdığını və ümumilikdə 1488 saatdan çox fasiləyə səbəb olduğunu bildirib.
Qurumun açıqlamasına görə, uzunmüddətli məhdudiyyətlər xarici dünya ilə əlaqəni ciddi şəkildə zəiflədir və informasiya axınını məhdudlaşdırır. "NetBlocks" həmçinin qeyd edib ki, bu vəziyyət xaricdə yaşayan insanların İrandakı yaxınlarının vəziyyətini yoxlamasını da çətinləşdirir, çünki əlaqə imkanları kəskin şəkildə məhdudlaşıb.