Əsas məzmuna keç

İranda internet 75 gündür yoxdur: 1776 saatlıq məhdudiyyət

İranda internet 75 gündür yoxdur: 1776 saatlıq məhdudiyyət

NetBlocks rəsmi Tehranın rəqəmsal blokadasının 1776 saatı keçdiyini bildirdi. Korrupsiya və fırıldaqçılıq riskini artıran bu qadağanın pərdəarxası məqamları burada.

en ru

Rəqəmsal hüquqların monitorinqi ilə məşğul olan "" İranda məhdudiyyətlərinin 75-ci günə çatdığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə təşkilat “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, internet kəsintisi 1776 saatı ötüb və bu vəziyyət ölkədə rəqəmsal məkanın ciddi şəkildə məhdudlaşdırıldığını göstərir.

"NetBlocks" bildirib ki, mövcud məhdudiyyətlər müşahidə, korrupsiya və onlayn fırıldaqçılıqla bağlı narahatlıqları artırır.

Təşkilat həmçinin qeyd edib ki, hökumət tərəfindən dəstəklənən “peşəkar” internet sxemləri və seçmə ağ siyahı sistemi mənfəət əldə olunmasına və rəqəmsal təhlükəsizliyin zəifləməsinə səbəb ola bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…