İranın bir sıra şəhərlərində iğtişaşçıların fəaliyyətinə qarşı hökumətyönlü kütləvi nümayişlər təşkil olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, aksiyalar paytaxt Tehranla yanaşı, Bircənd, Zahidan, Zəncan, İlam, Kirman, Qum, Rəşt, Həmədan və Şəhr-e Kord şəhərlərində baş tutub.
Nümayiş iştirakçıları hökuməti dəstəkləyən şüarlar səsləndirib, son iğtişaşlar zamanı törədildiyi iddia edilən “terror aktlarını” qınayıblar.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, rəsmi Tehran iğtişaşlar zamanı baş verən terror aktlarında ABŞ və İsrailin iştirakını sübut edən sənədlərə malikdir.