Əsas məzmuna keç

İranda etiraz aksiyalarında ölənlərin sayı 4900-ü keçib

İranda etiraz aksiyalarında ölənlərin sayı 4900-ü keçib

ABŞ-da yerləşən insan haqları təşkilatı İrandakı nümayişlər zamanı həlak olanların və həbs edilənlərin sayına dair son rəqəmləri açıqlayıb.

en ru

İranda baş verən genişmiqyaslı aksiyaları nəticəsində həyatını itirənlərin sayı kəskin şəkildə artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) hesabat yayıb.

Qeyd edilib ki, ölkə daxilindəki nümayişlərdə 4 902 nəfər dünyasını dəyişib.

Hesabatda aksiyalar zamanı saxlanılanların sayı ilə bağlı da statistik məlumatlar yer alıb.

Bildirilir ki, etiraz dalğası çərçivəsində indiyədək ümumilikdə 26 541 nəfər hüquq-mühafizə orqanları tərəfindən gözaltına alınıb.

Qeyd edək ki, İrandakı vəziyyət beynəlxalq birliyin diqqət mərkəzində qalmağa davam edir. Aksiyalar ölkənin müxtəlif şəhərlərini əhatə edərək geniş vüsət alıb. İnsan haqları təşkilatları bölgədəki gərginliklə bağlı narahatlıqlarını ifadə edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…