Əsas məzmuna keç

İranda fabrikə raket zərbəsi endirilib: Azı 15 nəfər həlak olub

İranda fabrikə raket zərbəsi endirilib: Azı 15 nəfər həlak olub

İranın İsfahan şəhərində məişət texnikası istehsal edən müəssisəyə təşkil edilən hücum nəticəsində çox sayda insan tələfatı qeydə alınıb.

ru en

İranın İsfahan şəhərində yerləşən və qızdırıcılar ilə soyuducuların istehsalı üzrə ixtisaslaşmış fabrik hücumuna məruz qalıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ölkənin "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə baş verən zaman fabrikdə çox işçi olub.

İlkin rəqəmlərə görə, hücum nəticəsində azı 15 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, İsfahan şəhəri daha əvvəl də bənzər hücumların hədəfi olub. Keçmiş hücumlar zamanı obyektlərlə yanaşı, tarixi binalar və diplomatik nümayəndəliklərə də ziyan dəymişdi.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…