İranda dörd məhkum edam edilib

İranda dörd məhkum edam edilib
26.04.2024 11:10
Aa
dəq

İranın Kərəc şəhərində dörd məhkum barəsində çıxarılan edam hökmü icra olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" ir.voanews.com-a istinadən xəbər verir ki, məlumatı İranın İnsan Hüquqları üzrə təşkilatı yayıb.

Məlumata görə, onlar “narkotik maddələrin qanunsuz ticarəti” və “qəsdən adam öldürmək” maddələri ilə mühakimə olunublar.

Bildirilib ki, qətl maddəsi üzrə mühakimə edilmiş Peyman Əzizi adlı şəxs yeniyetmə olub. Onun yetkinlik yaşına çatmayan cinayətkar kimi edam olunduğu qeyd edilib.

İnformasiyaya əsasən, edam olunanlardan biri qadındır. Bu, 2024-cü ildə barəsində ölüm hökmü çıxarılan və edam olunan 5-ci qadındır. 2023-cü ildə İranda 22 qadın edam olunmuşdu. 2010-cu ildən indiyədək ölkə üzrə 215 qadın barəsində çıxarılmış ölüm hökmü icra edilib.

Qeyd olunub ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.

Xatırladaq ki, İranda sonuncu edam hökmü bu il aprelin 23-də reper Tomay Salehi barəsində çıxarılıb. O, 2022-ci ildə İranda keçirilən etiraz aksiyalarının fəal iştirakçılarındandır.

Həftənin ən çox oxunanları

Zelenski Qərbdən Ukraynaya silah göndərməyi xahiş edib

Zelenski Qərbdən Ukraynaya silah göndərməyi xahiş edib
DAVAMIN OXU davamın oxu

Bosfor boğazında gəmi saya oturub

Bosfor boğazında gəmi saya oturub
DAVAMIN OXU davamın oxu

Qazaxıstan şəkər ixracına müvəqqəti qadağa qoyub

Qazaxıstan şəkər ixracına müvəqqəti qadağa qoyub
DAVAMIN OXU davamın oxu

Qara dənizin şimal-qərb hissəsində PUA məhv edilib

Qara dənizin şimal-qərb hissəsində PUA məhv edilib
DAVAMIN OXU davamın oxu

Zelenski növbəti dəfə hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını təklif edib

Zelenski növbəti dəfə hərbi vəziyyətin və səfərbərliyin uzadılmasını təklif edib
DAVAMIN OXU davamın oxu