Operativ Məlumat Mərkəzi

İran XİN BMT-ni "bütün xarici müdaxilələrə" qarşı çıxmağa çağırır

2 dəq
Paylaş:
İran XİN BMT-ni "bütün xarici müdaxilələrə" qarşı çıxmağa çağırır
İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayaraq İrana qarşı “istənilən xarici müdaxiləyə” qarşı çıxmağa...

İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayaraq İrana qarşı “istənilən xarici müdaxiləyə” qarşı çıxmağa çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İranın dövlət mediasına istinadən xəbər verir.

Məktubda Əraqçi Birləşmiş Millətlər Təşkilatını İranın ərazi bütövlüyünə və milli maraqlarına qarşı yönəlmiş hər hansı addımlara qarşı prinsipial mövqe tutmağa səsləyib.

Nazir, həmçinin ölkədə baş verən son iğtişaşlara toxunaraq onları mahiyyət etibarilə zorakı və terror xarakterli adlandırıb. O bildirib ki, son günlər İranda “İslam Dövləti üslubunda zorakılıq və terror aktları” müşahidə olunub.

Əraqçinin sözlərinə görə, dinc etiraz kimi təqdim edilən hadisələr terrorçu elementlər tərəfindən təxribatlara məruz qalıb. O, bu cür hərəkətlərin açıq şəkildə pislənməsinin vacibliyini vurğulayıb.

Məlumata görə, İran XİN rəhbəri məktubda ABŞ-nin İranda insan haqları ilə bağlı açıqlamalarını da tənqid edib və onları “yanlış və utancverici” adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər