İran XİN: Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq

İran XİN: Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq
15.04.2024 13:56
Aa
dəq

Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Naser Kənani aprelin 15-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bununla bağlı tərəflər arasında razılıq əldə olunub.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran Bakı yeni səfir təyin etməyə hazırdır. Çünki fəaliyyətdə olan səfir Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu