“İran ABŞ-nin "məhdud zərbəsini" belə təcavüz aktı sayacaq”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib ki, İran hətta ABŞ-nin “məhdud zərbəsini” belə təcavüz aktı kimi qiymətləndirəcək. Diplomat vurğulayıb ki, təcavüz aktı təcavüz aktı olaraq qalır.
Bundan əvvəl "The White House"ın mətbuat katibi Kerolin Levitt ABŞ–İran danışıqlarında müəyyən irəliləyişlərin olduğunu, lakin tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq qaldığını bildirmişdi.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Cenevrədə keçirilən ABŞ–İran danışıqları zamanı Tehran Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaq üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü tərəfə, o cümlədən Rusiyaya göndərməyi təklif edib.
Nəşr qeyd edir ki, İran zənginləşdirmə prosesini üç ilə qədər dayandırmağa hazır olduğunu bildirib. Lakin Trump administration proqramın tamamilə dayandırılmasında israr edir.