Əsas məzmuna keç

İran vurulan "İsrail" dronlarının qalıqlarını nümayiş etdirib

İran vurulan "İsrail" dronlarının qalıqlarını nümayiş etdirib

Tehranda keçirilən kütləvi yürüş çərçivəsində 12 günlük müharibə zamanı məhv edilən pilotsuz uçuş aparatları nümayiş olunub.

en ru

İranın paytaxtı Tehran şəhərində keçirilən "22 Bəhmən" yürüşü zamanı hərbi texnika və qənimətlər diqqət mərkəzində olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Mehr” agentliyinə istinadən xəbər verir ki, "Azadi" meydanında təşkil edilən tədbirdə 12 günlük müharibə dövründə vurulduğu bildirilən İsrail pilotsuz uçuş aparatlarının (PUA) qalıqları ictimaiyyətə təqdim edilib.

Məlumata görə, etdirilən qalıqlar ölkənin hava hücumundan müdafiə sistemlərinin effektivliyini göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, bu nümayiş bölgədəki gərginlik fonunda İranın hərbi gücünü nümayiş etdirmək üçün növbəti addımı kimi qiymətləndirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…