Əsas məzmuna keç

İran vətəndaşına narkokuryerlik edən şəxs həbs edilib

İran vətəndaşına narkokuryerlik edən şəxs həbs edilib

Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılaraq həbs edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili...

Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına edən şəxs saxlanılaraq edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilib. K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan "Cəlal" adlı İran vətəndaşının gösərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş.

Faktla bağlı başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…