İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud arasında görüş keçirilib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Göşüdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub.
“Biz iqtisadi, ticarət və investisiya məsələlərində dayanıqlı əməkdaşlığa diqqət yetirmişik”, - deyə Abdullahian qeyd edib.