Əsas məzmuna keç

İran 5 ərəb ölkəsindən təzminat tələb edir

İran 5 ərəb ölkəsindən təzminat tələb edir

Əmir Səid İrəvani BMT-yə məktubunda Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dən maddi ziyanın ödənilməsini istəyib. ABŞ-İsrail hücumuna şərait yaradanları nə gözləyir?

en ru

İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ABŞ-İsrail əməliyyatı nəticəsində ölkəsinə dəyən ziyana görə bir sıra dövlətlərindən tələb ediləcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İrəvani bu məsələni BMT-nin Antonio Quterreş ünvanladığı məktubda qeyd edib.

Məktubda bildirilir ki, Bəhreyn, , Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya İrana dəymiş bütün maddi və mənəvi ziyanı ödəməlidirlər.

Qeyd olunur ki, bu tələb ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə bağlıdır.

"İnterfaks" agentliyinin sitat gətirdiyi məktubda vurğulanır ki, həmin dövlətlərin öz ərazilərindən İrana qarşı istifadə olunmasına icazə verməsi təcavüz aktı kimi qiymətləndirilir.

İrəvani bildirib ki, bu addımlar beynəlxalq hüququn pozulması deməkdir və adı çəkilən ölkələr İran qarşısında öhdəliklərini yerinə yetirməyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…