Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran BMT-də bəyanat yaydı: "Müharibəni biz başlatmayacağıq"

2 dəq
Paylaş:
İran BMT-də bəyanat yaydı: "Müharibəni biz başlatmayacağıq"

İranın Təşkilatındakı (BMT) nümayəndəsi Əmir Səid İrəvani rəsmi Tehranın regional gərginliklə bağlı mövqeyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" İRNA agentliyinə istinadən xəbər verir ki, diplomat İranın heç bir ölkə ilə müharibə və ya gərginlik axtarışında olmadığını vurğulayıb.

Səfir qeyd edib ki, İran İslam Respublikası heç bir müharibənin başladılmasında təşəbbüskar tərəf kimi çıxış etməyəcək.

Bununla belə, o, ölkəsinin suverenliyinə qarşı hər hansı təhdid yaranacağı təqdirdə cavabın qaçılmaz olduğunu bildirib:

“İran regionda sabitliyin tərəfdarıdır və gərginliyi artırmaq niyyətində deyil. təcavüz baş verərsə, İran adekvat və qətiyyətli şəkildə reaksiya verəcək. Cavab tədbirləri hüquq çərçivəsində və təhdidə mütənasib olacaq”.

Daimi nümayəndənin sözlərinə görə, bu cür bəyanatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da qeyri-sabitləşdirir.

O, İranın diplomatik həll yollarına və nüvə silahlarının yayılmaması haqqında müqavilə çərçivəsində aparılan danışıqlara sadiq olduğunu bir daha təsdiqləyib.

İrəvaninin bu açıqlamaları regionda geosiyasi gərginliyin artdığı bir dövrdə beynəlxalq ictimaiyyətə ünvanlanmış rəsmi mesaj kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax