Əsas məzmuna keç

Hörmüz boğazında gəmiçilik qaydaları sərtləşdirildi: İran bəyanat yaydı

Hörmüz boğazında gəmiçilik qaydaları sərtləşdirildi: İran bəyanat yaydı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında gəmiçilik qaydaları ilə bağlı xəbərdarlıq edib.

en ru

İran İslam İnqilabı Keşikçiləri Korpusunun () Hərbi Qüvvələri boğazından keçən gəmilər üçün tətbiq olunan qaydalarla bağlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qurum bəzi rəsmi şəxslərin İran tərəfi ilə koordinasiya aparmadan yeni dəniz marşrutları elan etməsini qəbuledilməz və təhlükəli addım kimi qiymətləndirib.

Məlumata görə, bəyanatda Hörmüz boğazından tranzit keçid üçün yeganə etibarlı və icazəli marşrutların İran tərəfindən rəsmən müəyyən edilmiş dəniz dəhlizləri olduğu vurğulanıb.

Bildirilib ki, müəyyən olunmuş marşrutlardan kənara çıxmaq qadağandır və bu cür hərəkətlər ciddi təhlükəsizlik riskləri yaradır. Bu səbəbdən bütün gəmilərə rəsmi dəhlizlərdən kənarda hərəkət etməmələri barədə xəbərdarlıq olunub.

Qeyd olunub ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçmək istəyən bütün gəmilərin 16-cı rabitə kanalı vasitəsilə dəniz qüvvələri ilə əlaqə saxlamasının və koordinasiya qurmasının məcburi olduğunu bir daha xatırladıb.

Məlumata əsasən, qurum müəyyən edilmiş qaydalara və marşrutlara əməl etməyən gəmilərə qarşı müvafiq icra tədbirlərinin görüləcəyini bəyan edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…