Əsas məzmuna keç

İran ABŞ-nin hücumlarını sərt şəkildə qınadı: "Müharibə cinayəti törədilib"

İran ABŞ-nin hücumlarını sərt şəkildə qınadı: "Müharibə cinayəti törədilib"

İran Xarici İşlər Nazirliyi ABŞ-nin son 24 saat ərzində həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan edib.

en ru

İran ABŞ-nİn son sutka ərzində həyata keçirdiyi hərbi əməliyyatlara rəsmi reaksiya verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Vaşinqtonun həyata keçirdiyi hücumlar kəskin şəkildə pislənib.

Rəsmi Tehran bildirib ki, ABŞ-nİn addımları Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, qüvvələrinin hədəfə aldığı ərazilər arasında mülki yaşayış məntəqələri də olub. İran tərəfi bu hücumları “” kimi qiymətləndirərək, Vaşinqtonu mövcud beynəlxalq razılaşmaları pozmaqda ittiham edib.

Bəyanatda qonşu ölkələrə də xəbərdarlıq edilib. Tehran bildirib ki, dövlətlər öz ərazilərinin İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi üçün istifadə olunmasının qarşısını almağa borcludurlar.

İran tərəfi həmçinin vurğulayıb ki, ona qarşı həyata keçirilən hücumların mənbəyinə qarşı veriləcək hər hansı cavab tədbiri “qanuni müdafiə” hüququ çərçivəsində qiymətləndiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…