Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-dən qovulan tələbələri universitetlərə qəbul edir

2 dəq
Paylaş:
İran ABŞ-dən qovulan tələbələri universitetlərə qəbul edir

İran ABŞ universitetlərindən edilən iranlı tələbə və müəllimlərin ölkədəki təhsil müəssisələrinə qəbul ediləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"bu barədə SNN telekanalına istinadənxəbər verir ki, İranın elm, tədqiqat və texnologiya naziri Saraf bildirib.

Nazir qeyd edib: “ABŞ hakimiyyətinin bəzi tələbələrimizi hüquqi və etik normalara zidd olaraq qovduğunu nəzərə alaraq, bəyan edirəm ki, universitetlərindən qovulanların hamısı məmnuniyyətlə İrandakı ekvivalent təhsil müəssisələrinə qəbul ediləcəklər”.

O həmçinin tələbə və müəllimləri təhsil və iş yerlərinin itirilməsi ilə bağlı narahat olmamağa çağırıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, Tehran və bir sıra böyük şəhərlər hücuma məruz qalıb.

SEPAH isə cavab olaraq genişmiqyaslı elan edib və bölgədə bir sıra ABŞ hərbi obyektlərinin hədəfə alındığı bildirilib.

Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 11-də isə İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax