İran İslam Respublikası "Birləşmiş Millətlər Təşkilatı"nın (BMT) Sosial İnkişaf Komissiyasının sədr müavini vəzifəsinə seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" "IRNA" agentliyinə istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən iclasda İranın namizədliyi dəstəklənib.
Bu seçim ölkənin beynəlxalq platformalardakı diplomatik təmsilçiliyini gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, sözügedən komissiya qlobal sosial məsələlərin həlli və davamlı inkişaf strategiyalarının hazırlanması istiqamətində fəaliyyət göstərən əsas strukturlardan biridir.