Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran İsrailə zərbələri dayandırdı

1 dəq
Paylaş:
İran İsrailə zərbələri dayandırdı

İran İsrailə zərbələri dayandırdığını elan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın "Fars" agentliyinə istinadən "Ynet" məlumat yayıb.

Lakin eyni zamanda Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.

"İran Silahlı Qüvvələri İsrailə qarşı əməliyyatları dayandırdığını elan edib", - bildirilib.

Bununla yanaşı, Tehranda vurğulanıb ki, əgər İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasına qarşı əməliyyatları davam etdirərsə, İran daha sərt cavab zərbəsi endirəcək.

Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb regionlarındakı hərbi obyektlərə hücum edib. Prezidenti Donald Tramp isə İran və İsraili təmkinli olmağa çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax