Operativ Məlumat Mərkəzi

İran "Starlink"i pozmaq üçün elektron müharibədən istifadə edir - KİV

2 dəq
Paylaş:
İran "Starlink"i pozmaq üçün elektron müharibədən istifadə edir - KİV

İran hakimiyyəti rabitə kəsintiləri zamanı “Starlink” peyk internet xidmətlərini sıradan çıxarmaq üçün hərbi dərəcəli elektron avadanlıqlar yerləşdirib.

“Operativ Məlumat Mərkəzi – OMM” “New York Times” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, sözügedən addım ötən həftə ölkədə baş verən genişmiqyaslı rabitə məhdudiyyətləri fonunda atılıb.

Hesabatda bildirilir ki, fəallar və mühəndislər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş minlərlə “Starlink” terminalından istifadə edərək internetə çıxışı qoruyub saxlaya biliblər. Bu isə təhlükəsizlik qüvvələrinin etirazçılara və itkin düşən şəxslərin cəsədlərini axtaran ailələrə atəş açmasını əks etdirən görüntülərin xarici dünyaya ötürülməsinə imkan yaradıb.

Qeyd olunur ki, məhz bu fəaliyyətlər İran hakimiyyətini “Starlink” sistemlərinin dayandığı GPS siqnallarını pozmaq üçün nəzərdə tutulmuş hərbi dərəcəli elektron silahlar yerləşdirməyə vadar edib. Fəallar və vətəndaş cəmiyyəti nümayəndələri belə üsulların Ukrayna kimi aktiv döyüş meydanları istisna olmaqla, adətən nadir hallarda tətbiq edildiyini vurğulayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər