İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada, “Sizi əmin edirik ki, sionist rejim və onun havadarlarının Dəməşqdə qorxaq terror cinayətini törətdiklərinə görə peşman olacaq şəkildə cəzalandırılması ilə bağlı milli tələbi yerinə yetirməkdə qərarlıyıq”, - deyə bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanatda deyilir: “İran xalqının günahkar sionist düşmənin təəssüflə cəzalandırılması tələbi, tezliklə, reallaşacaq”.