Əsas məzmuna keç

İran ətrafında münaqişə bitməyib: Rusiya XİN-dən yeni açıqlama

İran ətrafında münaqişə bitməyib: Rusiya XİN-dən yeni açıqlama

Mikael Aqasandyan ABŞ və İsrailin İrana qarşı siyasətini şərh edib. Regionda gərginlik davam edir: Qərbə qarşı yeni güc balansı necə qurulur? Detallar xəbərimizdə.

ru en

İran ətrafındakı gərginliklə bağlı Xarici İşlər Nazirliyi mövqeyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Qeyd olunub ki, o, İrana qarşı ABŞ və İsrailin siyasətini edərək regiondakı münaqişənin hələ başa çatmadığını deyib.

Məlumata görə, Aqasandyan hazırkı vəziyyəti “yeni tarazlığın formalaşmadığı” mərhələ kimi qiymətləndirib.

Bildirilib ki, o, baş verənləri beynəlxalq sistemdə çoxqütblülüyün inkişafı fonunda mürəkkəb və ziddiyyətli dövr kimi xarakterizə edib.

Qeyd edilib ki, diplomat Qərbin üstün mövqeyinə baxmayaraq, qlobal güc balansında digər aktorların imkanlarının artdığını vurğulayıb.

Məlumata əsasən, o, vəziyyətin sabitləşməsinin uzun vaxt tələb edəcəyini bildirib.

Bildirilib ki, Aqasandyan bu prosesin daha ədalətli beynəlxalq münasibətlər sisteminin qurulması üçün ölkələr arasında koordinasiyanın artırılması ilə sürətləndirilə biləcəyini qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…