Əsas məzmuna keç

İran-Azərbaycan ticarəti müharibəyə baxmayaraq artıb

İran-Azərbaycan ticarəti müharibəyə baxmayaraq artıb

İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq iki ölkə arasında ticarətin son altı ayda artdığını bildirib. O, artımın davamlı olması üçün infrastrukturun genişləndirilməsini və maneələrin aradan qaldırılmasını vacib sayıb.

en ru

Xarici hərbi və geosiyasi gərginliklərin regionda yaratdığı çətinliklərə baxmayaraq, son altı ay ərzində İran və arasında ticarət dövriyyəsində artım qeydə alınıb. Bu barədə İranın yollar və şəhərsalma naziri bəyanat verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İranlı nazir bildirib ki, iki ölkə arasında iqtisadi və əlaqələrinin inkişafı fonunda ticarət həcminin yüksələn xətt üzrə davam etməsi üçün mövcud imkanları daha da genişləndirilməlidir. Sadiq, həmçinin sərhəd-keçid və tranzit marşrutlarında qarşıya çıxan maneələrin tezliklə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Müzakirələr çərçivəsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi daxilində Astara yük terminalının fəaliyyətinin gücləndirilməsi və birgə infrastruktur layihələrinin sürətləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…