Əsas məzmuna keç

Avropa İttifaqı Ermənistanın Türkiyə ilə sərhəd yollarının inşasına dəstək verəcək

Avropa İttifaqı Ermənistanın Türkiyə ilə sərhəd yollarının inşasına dəstək verəcək

Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Ermənistanın Türkiyə ilə sərhəddəki keçid məntəqələrinə aparan yolların tikintisi üçün məsləhət xidmətləri göstərəcək.

en ru

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə niyyət memorandumu imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan məlumat verib.

Məlumata görə, memorandum “Axurik-Kayan” və “Marqara-Kayan” strateji yollarının tikintisi üçün hazırlıq işlərinin dəstəklənməsini nəzərdə tutur. Layihə çərçivəsində bu yolların Türkiyə ilə sərhəddə gömrük-keçid məntəqələrini Ermənistanın ümumi yol şəbəkəsi ilə birləşdirməsi planlaşdırılır.

Bildirilib ki, ilkin mərhələdə Avropa İnvestisiya Bankı layihə üzrə zəruri texniki tədqiqatların aparılması və yol infrastrukturunun inkişafı üçün mühəndis həllərinin hazırlanmasına dəstəyi göstərəcək.

Qeyd olunub ki, sözügedən layihələr hökumətinin “Sülh qovşağı” təşəbbüsü çərçivəsində həyata keçirilir. Nazir David Xudatyan bildirib ki, əsas məqsəd regional əlaqələrinin genişləndirilməsi və Ermənistanın beynəlxalq logistika mərkəzi kimi rolunun gücləndirilməsidir.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər mövcud deyil və sərhəd 1993-cü ildən bağlıdır. Bununla belə, son dövrlərdə tərəflər arasında normallaşma prosesi çərçivəsində müəyyən təmasların davam etdiyi bildirilir. Həmçinin qeyd olunub ki, Ermənistan və Türkiyə rəsmiləri arasında avtomobil və dəmir yolu əlaqələri üzrə müzakirələr aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…