İran Antarktidada daimi baza yaradacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran hərbi-dəniz donanmasının komandanı, kontr-admiral Şəhram İrani deyib.
“Biz orada İran bayrağını ucaltmaq və daimi baza yaratmaq istəyirik”, - deyə İrani bildirib.
Bundan öncə də İran rəsmiləri qitədə daimi stansiya yaratmağın vacibliyini söyləmişdilər.