Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Razılaşmanın rəsmi imzalanma mərasimində Vens də iştirak edəcək?

2 dəq
Paylaş:
Razılaşmanın rəsmi imzalanma mərasimində Vens də iştirak edəcək?

"İran ilə ABŞ arasında əldə olunmuş razılaşmanın rəsmi imzalanma mərasimində İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Baqir ilə ABŞ-nin vitse-prezidenti Cey Di Vens iştirak edəcəklər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran nazirinin müavini Taxt-Rəvançi bildirib.

O bildirib ki, əldə olunan razılaşmada Livan da daxil olmaqla bütün cəbhələrdə əməliyyatların dayandırılması, Hörmüz boğazının açılması, dəniz blokadasının ləğvi və İranın dondurulmuş aktivləri ilə bağlı məsələlər yer alır.

Taxt-Rəvançi qeyd edib ki, imza mərasimi İsveçrədə keçiriləcək, lakin dəqiq yer hələ müəyyən edilməyib.

Onun sözlərinə görə, razılaşma imzalandıqdan sonra nüvə məsələləri ilə bağlı danışıqlara başlanacaq.

Qeyd edək ki, Taxt-Rəvançi bu açıqlamanı İran xarici işlər naziri Abbas Əraqçinin xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax