Əsas məzmuna keç

2027-ci ildə 2,4 milyon qaçqının yenidən yerləşdirilməyə ehtiyacı olacaq

2027-ci ildə 2,4 milyon qaçqının yenidən yerləşdirilməyə ehtiyacı olacaq

BMT-nin hesabatına görə, Suriyada Əsəd rejiminin devrilməsi və İran-Pakistan sərhədindəki vəziyyət qlobal miqrasiya böhranına necə təsir edib? Təfərrüatlar.

ru en

BMT-nin üzrə Ali Komissarlığı 2027-ci ildə dünya üzrə təxminən 2,4 milyon qaçqının yenidən yerləşdirilməyə duyacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiə və Həllər Bölməsinin Daimi Həllər və Sahə Mühafizəsinə Dəstək Xidmətinin rəhbəri Ceki Kiqanın sözlərinə görə, qaçqınların yenidən yerləşdirilməsi sahəsində ehtiyaclarla mövcud imkanlar arasındakı fərq hələ də qalır və bu proqramların təcili şəkildə genişləndirilməsinə ehtiyac var.

Kiqan bildirib ki, 2027-ci il üçün proqnozlaşdırılan 2,4 milyon nəfərlik göstərici 2026-cı illə müqayisədə 6 faiz az olsa da, qaçqınların əhəmiyyətli hissəsi sığındıqları ölkələrdə və müdafiə riskləri ilə üzləşməkdə davam edir və öz ölkələrinə təhlükəsiz şəkildə qayıda bilmirlər.

O qeyd edib ki, Suriyada Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra könüllü geri dönüşlərin başlaması bəzi qaçqın qrupları üçün yenidən yerləşdirilmə ehtiyacını azaldıb.

Bununla yanaşı, İran və Pakistanda yaşayan əfqan qaçqınlar üçün proqnozlaşdırılan ehtiyacın azalması daha çox əlverişsiz şəraitdə baş verən geri dönüşlərlə əlaqələndirilir.

Kiqan vurğulayıb ki, qaçqınların təhlükəsizliyi və uzunmüddətli həlli üçün beynəlxalq ictimaiyyətin yenidən yerləşdirmə proqramlarına dəstəyini artırması vacibdir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…