Əfqanıstan və Pakistan arasında sərhəd toqquşmaları davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Əfqanıstanın paytaxtı Kabildə, həmçinin şərqdəki Cəlalabad şəhərində çoxsaylı partlayışlar və silah səsləri eşidilib.
Əfqanıstan Müdafiə Nazirliyi Pakistan qüvvələri ilə toqquşmaların davam etdiyini təsdqiləyib.
Qeyd olunub ki, Torxam şəhərində də döyüşlər bir neçə gündür davam edir.
Son günlər baş verən toqquşmalar nəticəsində hər iki tərəfdən 70-dən çox insan ölüb.
BMT-nin Əfqanıstandakı missiyası bildirib ki, Pakistanla gərginliyin artması fonunda fevralın 26-dan bəri Əfqanıstanda ən azı 42 mülki şəxs həlak olub, 104 nəfər yaralanıb.