ABŞ və İran arasında danışıqların ikinci raundunun aprelin 22-də səhər saatlarında keçiriləcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ nümayəndə heyətinə Vitse-prezident C.D.Vens rəhbərlik edəcək. Onun çərşənbə axşamı səhər saatlarında Pakistana yola düşəcəyi qeyd olunur. Məlumata görə, İran tərəfinə isə Parlamentin sədri Məhəmməd Bağır Qalibaf başçılıq edəcək.
Qeyd edək ki, İran bundan əvvəl ABŞ ilə danışıqlarda iştirak edib-etməmək məsələsi ilə bağlı hələ yekun qərarın verilmədiyini açıqlamışdı.
Müşahidəçilər bildirirlər ki, tərəflər arasında baş tutacaq bu görüş regiondakı gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıya bilər.