Əsas məzmuna keç

Razılaşmanın rəsmi imzalanma mərasimində Vens də iştirak edəcək?

Razılaşmanın rəsmi imzalanma mərasimində Vens də iştirak edəcək?

Məcid Taxt-Rəvançi İsveçrədə baş tutacaq tarixi sənədlə bağlı detalları açıqladı: Məhəmməd Baqir Qalibaf və Cey Di Vens Hörmüz boğazı üçün masaya oturur.

ru en

"İran ilə ABŞ arasında əldə olunmuş razılaşmanın rəsmi imzalanma mərasimində İran parlamentinin sədri və danışıqlar heyətinin rəhbəri Baqir ilə ABŞ-nin vitse-prezidenti Cey Di Vens iştirak edəcəklər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran nazirinin müavini Taxt-Rəvançi bildirib.

O bildirib ki, əldə olunan razılaşmada Livan da daxil olmaqla bütün cəbhələrdə əməliyyatların dayandırılması, Hörmüz boğazının açılması, dəniz blokadasının ləğvi və İranın dondurulmuş aktivləri ilə bağlı məsələlər yer alır.

Taxt-Rəvançi qeyd edib ki, imza mərasimi İsveçrədə keçiriləcək, lakin dəqiq yer hələ müəyyən edilməyib.

Onun sözlərinə görə, razılaşma imzalandıqdan sonra nüvə məsələləri ilə bağlı danışıqlara başlanacaq.

Qeyd edək ki, Taxt-Rəvançi bu açıqlamanı İran xarici işlər naziri Abbas Əraqçinin xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə keçirdiyi görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən verib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…