İran və Oman Hörmüz boğazından keçid üçün yeni mexanizm üzərində işləyirlər. Bu barədə Rusiyada keçirilən Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində jurnalistlərə açıqlama verən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri məlumat verib.
“İnterfaks” agentliyinin yaydığı məlumata görə, Baqeri boğazdakı mövcud vəziyyətin dəyişəcəyini vurğulayıb:
“Hörmüz boğazı ilə bağlı məsələdə keçid şərtləri və qaydaları şübhəsiz ki, əvvəlki kimi qalmayacaq. Tamamilə fərqli bir tənzimləmə mexanizmi formalaşacaq”.
O, həmçinin qeyd edib ki, sahilyanı dövlətlər olaraq İran və Oman hazırda yeni qaydaların müəyyən edilməsi istiqamətində danışıqlar prosesini davam etdirirlər.