Əsas məzmuna keç

Ərdoğan: Münaqişələrin diplomatik həlli üçün məsuliyyət daşıyırıq

Ərdoğan: Münaqişələrin diplomatik həlli üçün məsuliyyət daşıyırıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvəsində çıxış edib.

en ru

Prezidenti Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvəsində iştirak edib və Türkiyənin regional və qlobal məsələlərə dair mövqeyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, çıxışında Türkiyənin ətraf bölgələrdə baş verən münaqişələrin diplomatik yollarla həllinə böyük önəm verdiyini bildirib.

Türkiyə lideri qeyd edib ki, Ankara qlobal sülh və sabitliyin təmin olunması üçün məsuliyyətli mövqe nümayiş etdirir. O, “Biz ətrafımızda yaşanan münaqişələrin diplomatik həllinə nail olmaq üçün götürür, sülh və sabitlik naminə fəaliyyətimizi davam etdiririk”, - deyə vurğulayıb.

Ərdoğan ŞƏT-in təhlükəsizliyi də daxil olmaqla strateji sahələrdə xalqların rifahına mühüm töhfə verə biləcəyini bildirib. O, təşkilatı “yüksələn ulduz” adlandıraraq, əməkdaşlığın bütün istiqamətlərdə daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Çıxışı zamanı Qəzzadakı vəziyyətə də toxunan Ərdoğan İsrailin hücumları nəticəsində Qəzzada və İordaniyada minlərlə insanın həlak olduğunu xatırladıb və bu faciənin unudulmamalı olduğunu vurğulayıb.

Türkiyə Prezidenti, həmçinin 2026-cı ilin noyabrında Antalyada COP31 sammitinə ev sahibliyi edəcəklərini açıqlayıb və tərəfdaş ölkələri tədbirdə görməkdən məmnun olacaqlarını bildirib.

Sonda Ərdoğan Qırğızıstanı BMT Təhlükəsizlik Şurasının 2027-2028-ci illər üzrə qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib, ŞƏT-ə sədrliyi təhvil alan Pakistana isə uğurlar arzulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…