Əsas məzmuna keç

İran Hörmüz boğazından gəmilərin keçid sayını açıqladı

İran Hörmüz boğazından gəmilərin keçid sayını açıqladı

Tehran administrasiyası strateji su yolunda tankerlərin keçidinə dair limitlər müəyyən etdi. Fars körfəzində dəniz nəqliyyatını sarsıdan qərarın mühüm detalları.

en ru

Atəşkəs razılaşmasının bir hissəsi olaraq boğazından gündə 15 gəmidən çox keçməsinə icazə verməyəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İslamabadda keçiriləcək danışıqlardan əvvəl TASS-a yüksək vəzifəli İran mənbəsi bildirib.

Mənbənin sözlərinə görə, "hazırkı atəşkəsə əsasən, Hörmüz boğazından gündə 15-dən çox gəminin keçməsinə icazə verilmir və bu hərəkət ciddi şəkildə İranın razılığından və müəyyən bir protokola riayət etməsindən asılıdır".

Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarəti altında fəaliyyət göstərən yeni hüquqi çərçivə artıq regiondakı tərəflərə çatdırılıb.

Mənbə əlavə edib ki, müharibədən əvvəlki status-kvoya qayıtmaq mümkün olmayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…