Əsas məzmuna keç

İran Hörmüzdə yeni sərhədlər təyin etdi

İran Hörmüzdə yeni sərhədlər təyin etdi

Rəsmi Tehran strateji boğaz və Fars körfəzi ətrafındakı dəniz hüdudlarını müəyyənləşdirdi. Bu addım regionda hərbi balansı necə dəyişəcək? Təfərrüat burada.

en ru

İran hərbçiləri boğazında yeni nəzarət zonasını müəyyənləşdirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Qüvvələrinin (HDQ) xəritəsinə istinadən məlumat yayıb.

Xəritədə "İranın hərbi dəniz qüvvələrinin Hörmüz boğazında yeni nəzarət və idarəetmə sərhədləri" əks olunub - boğazın qərbində zona İranın Keşm adasının qərb ucundan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Umm əl-Kuveyyn şəhərinin şərqində nöqtəyədək uzanan xəttlə məhdudlaşır. Hörmüz boğazının şərqində isə zona İranda yerləşən Kuh-Mobarak qəsəbəsindən BƏƏ-nin Fuceyra şəhərinin cənubunda yerləşən nöqtəyədək uzanan xəttlə müəyyən olunur.

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı Əli Abdullahi bildirib ki, İran ABŞ-yə Hörmüz boğazına yaxınlaşmamaq barədə xəbərdarlıq edib və silahlı qüvvələrinə hücum etməyə hazırdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…