Əsas məzmuna keç

Bişkekdə Putin, Lukaşenko və Ərdoğan bir araya gəldi

Bişkekdə Putin, Lukaşenko və Ərdoğan bir araya gəldi

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində liderlər qeyri-rəsmi şəraitdə bir araya gəliblər.

en ru

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Prezidenti Vladimir , Belarus Prezidenti Aleksandr və Prezidenti Rəcəb Tayyib arasında görüş baş tutub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Pul Pervogo” teleqram kanalının yaydığı görüntülərdə liderlərin tərcüməçilərin iştirakı ilə qeyri-rəsmi şəraitdə söhbət etdiyi əks olunub.

Mənbənin məlumatına görə, dövlət başçıları arasında müzakirələr intensiv xarakter daşıyıb və “non-stop” rejimində davam edib.

Görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin ŞƏT-ə üzv ölkələrə müraciət edərək dünyada silahlı münaqişələrin təhrik edilməsinin qarşısının alınması üçün birgə səylərin vacibliyini vurğulayıb.

Putin təşkilat çərçivəsində əməkdaşlığın Avrasiya qitəsində sülh və sabitlik mühitinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…