Əsas məzmuna keç

İran ABŞ-yə xəbərdarlıq etdi: Hərbi cavab dərhal veriləcək

İran ABŞ-yə xəbərdarlıq etdi: Hərbi cavab dərhal veriləcək

Möhsün Rezai və Şahram İrani Vaşinqtona 10 şərt açıqladı. Müctəba Xameneinin müşaviri İsrailə qisas və Fars körfəzindəki mümkün fəlakətli nəticələrdən danışdı.

ru en

İranın Ali Lideri Məhəmməd Cavad (Müctəba) Xameneinin müşaviri Möhsün ABŞ-yə qarşı sərt açıqlamalar verib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.

Məlumata görə, Rezai Tehrana qarşı hər hansı yeni əməliyyatın ABŞ üçün “fəlakətli nəticələr” doğuracağını bildirib. O qeyd edib ki, “tarix İran xalqının Amerika supergücünü Fars körfəzi və Oman dənizində məğlub etdiyini yazacaq”.

Bildirilib ki, iranlı rəsmi ABŞ üçün ən az xərcli variantın İranın irəli sürdüyü 10 şərtin qəbul edilməsi olduğunu iddia edib.

Qeyd olunub ki, Rezai həmçinin Ali Lider Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan məlumatları təkzib edərək, onu “gənc, sağlam və enerjili” lider kimi xarakterizə edib və ölkəni “müdrikliklə idarə etdiyini” bildirib.

Məlumata əsasən, o əlavə edib ki, İsrailə qarşı “qisas hüququ” qüvvədə qalır və bu addımın yalnız İsrailin “məhvindən sonra” həyata keçiriləcəyi vurğulanıb.

Eyni zamanda İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani də ABŞ-yə edib. O bildirib ki, Vaşinqtonun İrana qarşı istənilən hərbi addımına cavab veriləcək.

Qeyd edilib ki, komandan ABŞ-nin İranı qısa müddətdə məğlub edə biləcəyi ilə bağlı düşüncəsini “səhv” adlandıraraq, bu yanaşmanın artıq hərbi dairələrdə ciddi qəbul edilmədiyini deyib. O, İranın “şəhidlərin qisası” üçün sonadək mübarizə aparacağını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…