Əsas məzmuna keç

İran: ABŞ-nin vurduğu nüvə obyektlərində partlamamış bombalar var

İran: ABŞ-nin vurduğu nüvə obyektlərində partlamamış bombalar var

İranın xarici işlər naziri Abbas Əraqçı nüvə obyektlərindəki təhlükəsizlik riskləri və ABŞ ilə danışıqların qeyri-müəyyənliyi barədə mühüm açıqlamalar verib.

en ru

İranın naziri Abbas Əraqçı ölkənin obyektlərinə edilən hücumlardan sonra yaranmış vəziyyətlə bağlı bəyanat yayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, nazir bildirib ki, tərəfindən hədəf alınan nüvə mərkəzlərində hələ də bombalar mövcuddur və bu, ciddi təhlükəsizlik riskləri yaradır.

Əraqçı Beynəlxalq Atom Enerjisi Agentliyinin () rəhbəri Rafael Mariano Qrossi ilə müzakirələrində həmin obyektlərə baxış keçirilməsi üçün xüsusi protokolun zəruriliyini vurğulayıb.

O qeyd edib ki, təhlükəsizlik və emniyyət məsələləri tam həll olunmadan, həmçinin tərəflər arasında müvafiq razılıq əldə edilmədən təftişlərin aparılması mümkün deyil. Hazırda bu çərçivədə agentliklə təmaslar davam etdirilir.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında regionda hərbi gərginlik kəskin artıb. İsrail ordusunun İranın hərbi rəhbərliyini və nüvə alimlərini hədəf alan hücumlarından sonra, iyunun 22-də ABŞ hərbi hava qüvvələri Nətənz, Fordo və İsfahandakı üç strateji nüvə obyektinə zərbələr endirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…