Əsas məzmuna keç

ABŞ İsrailin iranlı diplomatları məhv edəcəyindən narahat olub: Yeni detallar

ABŞ İsrailin iranlı diplomatları məhv edəcəyindən narahat olub: Yeni detallar

“The New York Times” qəzeti İsrailin İranın yüksəkvəzifəli şəxslərinə qarşı sui-qəsd planlaşdırdığına dair ABŞ administrasiyasının narahatlıqlarını açıqlayıb.

en ru

və İsrail arasında İranla bağlı danışıqlar prosesinin gedişində təhlükəsizlik gərginliyinin artdığı iddia olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “” nəşrinin məlumatına əsasən, ABŞ rəsmiləri aprel ayında Vaşinqton və Tehran arasında atəşkəslə bağlı aparılan danışıqlar zamanı İsrailin İranın yüksək vəzifəli rəsmilərini hədəf ala biləcəyi ehtimalından ciddi narahatlıq keçirib.

Məlumata görə, söhbət xüsusilə İranın naziri Abbas Araqçı və parlament sədri Məhəmməd Baqer Qalibafın zərərsizləşdirilməsi ehtimalından gedir.

Bildirilir ki, Vaşinqton danışıqların pozulmaması üçün İsrail tərəfinə bu cür planlardan imtina edilməsi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda İran tərəfinin də İslamabadda keçirilən görüşlər ərəfəsində İsrailin mümkün gizli əməliyyatlarından ehtiyat edərək ABŞ-dən birbaşa təhlükəsizlik zəmanəti tələb etdiyi qeyd olunur.

Məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində İslamabada gedən və tərkibində 70-dən çox rəsmi şəxsin olduğu İran nümayəndə heyətinin təyyarəsi Pakistan qırıcıları tərəfindən müşayiət olunub.

Bununla yanaşı, İran xüsusi xidmət orqanlarının geri dönüş zamanı Məhəmməd Baqer Qalibafın olduğu təyyarəyə qarşı mümkün hücum təhlükəsi müəyyən etdiyi bildirilir. Yaranmış vəziyyət səbəbindən təyyarənin fövqəladə eniş etdiyi, nümayəndə heyətinin isə Tehrana quru yolu ilə qayıtmaq məcburiyyətində qaldığı qeyd olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…