Əsas məzmuna keç

İran ABŞ-nin sanksiyalarına baxmayaraq neft ixracını davam etdirir

İran ABŞ-nin sanksiyalarına baxmayaraq neft ixracını davam etdirir

ABŞ-ın neft ticarəti ilə bağlı lisenziyanı ləğv etməsinə rəğmən, Tehran enerji ixracının əvvəlki qaydada davam etdiyini bəyan edib.

en ru

İran İslam Respublikası ABŞ tərəfindən neft satışı ilə bağlı verilən lisenziyanın ləğv edilməsinə baxmayaraq, ixracını dayandırmadığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İranın neft naziri Möhsün Paknejad bildirib ki, ABŞ-nin tətbiq etdiyi yeni məhdudiyyətlər ölkənin neft ixracına mane ola bilməyib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə əməliyyatlara icazə verən lisenziyanı geri çağırıb. Yeni qaydalara əsasən, yeni əməliyyatların həyata keçirilməsi qadağan edilib və əvvəl bağlanmış müqavilələrin iyulun 17-dək tamamlanması tələb olunub.

İran tərəfi isə bu qərarın ixrac prosesinə təsir etmədiyini bildirib. Möhsün Paknejad qeyd edib ki, 60 günlük icazənin ləğvinə baxmayaraq, əvvəlki qaydada davam edir.

Nazirin sözlərinə görə, sanksiyaların təsirini azaltmaq üçün xüsusi mexanizmlər yaradıb və bu sistem ABŞ-nin məhdudlaşdırıcı tədbirləri fonunda fəaliyyətini davam etdirir.

Qeyd olunur ki, İran və ABŞ arasında gərginlik son günlər daha da artıb. ABŞ qüvvələrinin İran ərazisində, Fars körfəzi və yaxınlığında hərbi obyektlərə zərbələr endirdiyi bildirilib.

Bundan əvvəl ABŞ Prezidenti Tramp İranla atəşkəsin başa çatdığını açıqlayıb. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə birtərəfli razılaşmalar dövrünün bitdiyini bildirərək, ABŞ-ı atəşkəs şərtlərinə əməl etməməyin nəticələri barədə xəbərdar edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…